Gündəm / Dünya
14 mart 2024
0
Makrona desələr ki, Ermənistana hücum edilib... - Kalfayan
Ermənistan uzun illərdir ki, Avropaya vizasız gəlmək imkanı əldə etməyə çalışsa da, hələ ki, buna nail olmayıb. Başqa sözlə, Ermənistanla Avropa arasında bu “bal ayı” özünü doğrultmur, çünki ermənilərə vizalarını liberallaşdırmağa belə icazə verilməyib.
Bunu Parisdəki Panteon Assas Universitetinin Beynəlxalq hüquq kafedrasının dosenti, erməni hüquqşünas Raffi-Filip Kalfayan deyib.
“Ermənistan hərbi, siyasi və xüsusilə iqtisadi baxımdan Avropa üçün heç nəyi təmsil etmir. Bu, 2-2,5 milyon nəfərlik bir bazardır, çox mühüm və ya böyük təbii ehtiyatları olmayan ölkədir. Yəni Avropa Ermənistanla güzəştli şərtlərlə hərbi-siyasi əlaqələrdən hansı fayda əldə edəcək? Tərəflərin hərbi texnikanın alınmasına, xüsusən də hücum silahlarının tədarükünə sərmayə yatıra biləcəyi hazırlığından danışıram. Bütün bunlar mənasızdır. Makronun çıxışları ilə müqayisədə AB çox ciddidir. Makron Qərb dövlətinin lideri kimi Rusiyaya qarşı mübarizə aparmağa çalışır, Moskvaya qarşı müharibə lideri olmaq istəyir. O, bu prosesin önündə gedir. O, kifayət qədər təxribatçı fikirlər təklif edir. Beləliklə, bizim beynəlxalq arenada Prezident Makronla problemimiz var. O, uzun illər əvvəl Beyrut limanı partlayışından sonra etdiyi kimi, beynəlxalq arenada özü üçün vasitə və məqsəd tapmağa çalışan adamdır. O, ora getdi, özünü xilaskar, yeni hökumət yaradacaq, Livanı oliqarxlardan, müxtəlif liderlərdən azad edəcək adam kimi təqdim etdi. Bu, onun xeyrinə olmadı. Fələstində bu son qarşıdurma başlayanda Qəzzanı işğal etməyə və Fələstin əhalisinə çətinlik yaratmağa ehtiyac olmadığını deyəndə çox sərt sözlər işlətdi. Lakin sonra yenidən geri çəkildi. Bu, istənilən bir şəraitdə hərəkətlərində qeyri-sabit olan insandır. Makron çox danışan və insanlarla ünsiyyət qurmağı sevən insandır. O ağıllıdır, amma dediklərinə və etdiklərinə görə özünə inam yaratmır. Onun dediyini etmək şansı yoxdur. Ona desələr ki, Ermənistana hücum edilib, biz onu qorumalıyıq, Fransa cəmiyyəti bu çağırışı dəstəkləməyəcək və bu gün Ukraynaya göndərilən hərbi yardım Ermənistana göndərilməyəcək”, - o bildirib.
Daha çox xəbər:
İlham Əliyev: “Ermənistanla sülh müqaviləsinin imzalanması üçün artıq hər hansı əngəl qalmayıb”
Gündəm / SiyasətSərhəddə sakitlikdir: AB “missiya"nı niyə gücləndirir?
Gündəm / Cəmiyyət"15 ildir ki, Avropa bazarında etibarlı neft təchizatçısıyıq" - İlham Əliyev
Gündəm / SiyasətƏliyev kimi liderimiz heç vaxt olmayıb - Akopcanyan
Gündəm / SiyasətMedvedev Makrona cavab verdi - “Ayıb olsun, cənab Prezident!”
Gündəm / Dünya