Gündəm / Cəmiyyət
19 mart 2024
1
Taksi sürücülərinə - Xəbərdarlıq
“Son günlər taksi minik avtomobillərinin sürücülərinə xüsusi hazırlıq keçmələri barədə təlimlərdə iştirak etmədən müəyyən ödəniş müqabilində şəhadətnamələrin verilməsi ilə bağlı müraciətlər daxil olur”.
Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, taksi sürücülərinin bilik və bacarıqlarının təkmilləşdirilməsi məqsədi daşıyan təlimlərdə əyani iştirak mütləqdir. Xüsusi hazırlığı müvəffəqiyyətlə bitirən sürücülərə verilən şəhadətnamələr isə elektron sistemdə saxlanılır
Orijinal şəhadətnamənin QR kodu ayna.empro.az saytına yönləndirilir və bu zaman şəhadətnamənin elektron forması göstərilir. QR kodun oxudulması zamanı sənədin saxtalığı müəyyən edilə bilir.
Taksi minik avtomobilləri ilə sərnişindaşıma fəaliyyəti üçün buraxılış vəsiqəsi və buraxılış kartının verilməsi zamanı şəhadətnamənin həqiqiliyi yoxlanılacaq.
Qeyd edək ki, rəsmi sənədlərin saxtalaşdırılması cinayət tərkibi yaradan haldır.

Daha çox xəbər:

Taksi sürücülərinə pulla şəhadətnamə verilir? - RƏSMİ AÇIQLAMA
Gündəm / Dünya
Bu taksi sürücüləri buraxılış kartı ala bilməyəcəklər - Nazirlik
Gündəm / Cəmiyyət
Nazirlik taksi şirkətlərinə XƏBƏRDARLIQ ETDİ
Gündəm / İqtisadiyyat
Taksilərlə bağlı nə dəyişdi? - Rəsmi açıqlama
Gündəm / Cəmiyyət
Taksi sürücülərinə bəd xəbər - Oktyabrın 1-dən... - VİDEO
Gündəm / Cəmiyyət