Gündəm / Dünya
21 mart 2024
0

BMT Azərbaycanın xəritəsini YENİLƏYİB


Birləşmiş Millərlər Təşkilatı (BMT) Azərbaycanın xəritəsini yeniləyib.

BMT-nin 2024-cü il tarixli, 3761 nömrəli yenilənmiş xəritəsində Azərbaycandakı coğrafi adlar da təzələnib.

Bu xəritəninin təsvirini Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev “X” sosial şəbəkəsində paylaşıb.

Qeyd edək ki, xəritədə Xankəndi, Xocavənd şəhərləri Azərbaycan toponimləri ilə qeyd edilib. Əvvəlki xəritədə isə Xankəndi "Stepanakert", Xocavənd "Martuni" kimi qeyd olunmuşdu.

Bundan başqa, xəritədə Azərbaycanın hazırda Ermənistanın işğalı altında olan 8 kəndi də göstərilib. Söhbət Qazaxın 7 kəndindən və Naxçıvanın Sədərək rayonunun 1 yaşayış məntəqəsindən gedir.

Xatırladaq ki, Qazaxın işğal altındakı Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycan ərazisinə bitişikdir, qalan 3 kənd - Yuxarı Əskipara, Sofulu və Barxudarlı isə esklavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatələnib).

Həmçinin Naxçıvanın Kərki kəndi də hər tərəfdən Ermənistan ərazisilə əhatələnmiş esklav yaşayış məntəqəsidir.