Gündəm / Hadisə
22 mart 2024
0
Bayram günü qəza qurbanı oldu - Foto
Martın 21-də Gədəbəy rayonunda yeniyetmənin ölümü ilə nəticələnən yol qəzası baş verib.
Rayonun Kiçik Qaramurad kəndində “KIA” markalı minik avtomobili yolu keçmək istəyən 2011-ci il təvəllüdlü Elmir Nağıyevi vurub. O, aldığı xəsarətlərdən hadisə yerində vəfat edib.
E. Nağıyev sözügedən kənddə orta məktəbin 7-ci sinfində oxuyurmuş.
Faktla bağlı araşdırma aparılır.
