Gündəm / Hadisə
01 aprel 2024
0
Tanınmamaq üçün "parik" taxan oğru tutuldu - VİDEO
Paytaxtın Sabunçu rayonu ərazisində naməlum şəxs müxtəlif vaxtlarda 15 vətəndaşın evini talayaraq pul, qızıl-zinət və digər qiymətli əşyaları ələ keçirib.
Bu barədə Daxili işlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, Sabunçu Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla hadisələri törətməkdə şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Şamo Əhmədov saxlanılıb. Dindirmə zamanı saxlanılan şəxsin evləri talayarkən kimliyini gizli saxlamaq üçün süni taxma saçdan (“parik”) istifadə etdiyi də müəyyən olunub. Ş.Əhmədov oğurladığı zinət əşyalarını satdığını bildirib.
Digər bir oğurluq hadisəsi isə Maştağa qəsəbəsində qeydə alınıb. Qəsəbə ərazisində yerləşən istixanaların birindən 10.000 manat dəyərində transformator, generator, elektrik naqili, su nasosu və istilik təchizat qurğusunun oğurlanması barədə 14-cü PŞ-nə məlumat daxil olub. Keçirilən tədbirlərlə oğurluq əməlini törədən Orxan Rüstəmov, əvvəllər dəfələrlə məhkum olunmuşlar Rafiq Cəfərov və Elmar Xıdırov saxlanılıblar. Hadisələrin təfərrüatları ilə bağlı araşdırmalar davam etdirilir.

Daha çox xəbər:

Sosial şəbəkədə məhrəm tanışlığın sonu - oğurluq
Gündəm / Sosial
Bakıda yeniyetmələr məktəbdən oğurluq etdilər
Hadisə
Qızıl oğurlayıb pula çevirdi, əyləncə mərkəzlərində xərclədi
Gündəm / Hadisə
Goranboy polisindən əməliyyat: saxlanılanlar var
Gündəm / Hadisə
Bərdədə qadına qarşı quldurluq edən şəxs TUTULDU
Gündəm / Hadisə