Gündəm / Dünya
02 aprel 2024
0
Ukrayna ilk dəfə Tatarıstana hücum etdi, yaralılar var - PUA zavodu hədəfə alınıb...
Rusiyanın Federasiyasının Tatarıstan Respublikasında yerləşən bir sıra müəssisələrdə parlayışlar baş verib.
Yerli mətbuat yazır ki, PUA hücumu zamanı 6 nəfər yüngül xəsarət alıb. "Ciddi dağıntı yoxdur, müəssisələrin texnoloji prosesi pozulmayıb", - Tatarıstan rəhbərinin mətbuat xidmətinin press-relizində deyilir.
Sosial mediada müəssiələrə PUA ilə hücum edildiyi və sonrasında partlayış baş verdiyi görünür. Rusiya mətbuatı hücumun Ukrayna tərəfindən həyata keçirildiyini bildirib. Kiyevdən rəsmi açıqlama verilməyib.
Məlumata görə, bu, Ukraynanın Tatarıstana ilk PUA hücumudur.
"RBC-Ukrayna" nəşri adı açıqlanmayan mənbəyə istinadən bildirir ki, Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsi "Şahed" tipli PUA-ların yığılması zavoduna hücum edib. Nəşrin həmsöhbətinin bildirdiyinə görə, hücum nəticəsində istehsalat obyektlərində ciddi dağıntılar olub.
Qeyd edək ki, son aylarda Ukrayna Rusiyanın neftayırma zavodlarına və digər sənaye obyektlərinə dron hücumları artıb.
Bundan əvvəl "Washington Post" qəzeti yazıb ki, Rusiya Yelabuqadakı zavodda İran modelli dronların istehsalını qurmaq istəyir.(TASS)
Daha çox xəbər:
TƏCİLİ! Rusiya hərəkətə keçdi - Ukraynaya ən böyük PUA hücumu
Gündəm / DünyaMoskvaya növbəti dron hücumu
Gündəm / DünyaKrım körpüsündə nəqliyyatın hərəkəti dayandırıldı
Gündəm / DünyaUkrayna Rusiyanın sursat anbarını vurdu - İnsanlar təxliyə edilir
DünyaUkrayna daha 40 yaşayış məntəqəsini azad etdi - YENİLƏNİB
Gündəm / Dünya