Gündəm / Sosial
02 aprel 2024
1
Minimum pensiya və əməkhaqqı yenə artırılacaq - Sahil Babayev
Azərbaycanda sosial islahatlar bundan sonra da davam edəcək.
Bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev DOST TV-nin ilk efirinin “Sosial saat” verilişində deyib.
O bildirib ki, sosial sahədə əldə olunan nailiyyətlərlə kifayətlənmək olmaz:
“Həyat davam etdikcə yeni çağırışlar ortaya çıxır. Bunu davamlı olaraq həyata keçirməsək geriyə düşəcəyik. Bugünkü rəqəmlərlə qane ola bilmərik. Minimum pensiya və əməkhaqqının artırılması yenə davam edəcək. Hökumətin məqsədi də sosialyönümlü siyasətin davam etməsi, növbəti mərhələdə Azərbaycan vətəndaşlarının sosial rifahının daha da yaxşılaşdırılmasıdır”.

Daha çox xəbər:

"Biz bundan qaçırıq" - Sahil Babayev uşaqpulunun verilməməsinin səbəbini AÇIQLADI
Gündəm / Sosial
Naxçıvanın əmək və əhalinin sosial müdafiəsi naziri İŞDƏN ÇIXARILDI
Gündəm / Cəmiyyət
Azərbaycanda yaşa görə pensiya ARTIRILIR
Gündəm / Sosial
Prezidentdən maaş və pensiyalarla bağlı MÜJDƏ
Gündəm
1 milyonadək işçinin maaşı və 130 minədək tələbənin təqaüdü artırılacaq - RƏSMİ
Gündəm / Cəmiyyət