Gündəm / Cəmiyyət
03 aprel 2024
5
İntihar edən Vətən müharibəsi iştirakçısı ilə bağlı - Açıqlama
Hacıqabul rayon sakini, Vətən müharibəsi qazisi Qocayev Kənan Davud oğlu bu gün səhər saatlarında intihara cəhd edib.
Şirvan Şəhər İcra Hakimiyyətinin Mətbuat xidmətindən verilən məlumata görə, o, ilk olaraq Hacıqabul Rayon Mərkəzi Xəstəxanasına aparılsa da, vəziyyəti ağır olduğundan sonradan Şirvan Şəhər Mərkəzi Xəstəxanasına gətirilib.
Həkimlərin səylərinə baxmayaraq onun həyatını xilas etmək mümkün olmayıb.
Mərhum bu gün böyüyüb boya-başa çatdığı Hacıqabul rayonu, Birinci Udullu kənd qəbiristanlığında dəfn ediləcək.
Qeyd edək ki, K.Qocayev Hacıqabul rayon Nəvahi kənd orta məktəbində “Hərbi rəhbər” vəzifəsində işləyirdi.

Daha çox xəbər:

İsmayıllıda qazi rayon icra hakimiyyətinin qarşısında özünü yandırdı
Gündəm / Cəmiyyət
Vətən müharibəsi iştirakçısı intihar etdi
Gündəm / Hadisə
Kamran Əliyev Hacıqabulda qəbul keçirəcək
Gündəm / Cəmiyyət
Daha bir qazi intihara CƏHD ETDİ
Gündəm / Hadisə
Müharibə iştirakçısı faciəvi şəkildə öldü
Gündəm / Hadisə