Gündəm / İdman
08 aprel 2024
0

“Fənərbaxça”dan Superkubok matçı ilə bağlı açıqlama


“Fənərbaxça”nın mətbuat xidməti Türkiyə Superkubokunun “Qalatasaray”la matçının yarımçıq qalmasından sonra açıqlama yayıb.

Bu barədə klubun rəsmi saytı paylaşım edib. 

“Meydançaya qalib gəlmək üçün deyil, həqiqəti müdafiə etmək üçün çıxdığımız üçün demək istəyirik ki, 117 illik tariximiz boyunca təkcə futbolda deyil, bütün növlərdə türk idmanına xidmət etmişik. Muzeyimizdə tər və zəhmətlə qazanılmış minlərlə kubok var.

30 milyon azarkeşimizlə birlikdə ölkəmizin milli dəyərlərini paylaşırıq. Dünyanın ən böyük idman klubu olaraq, dünən olduğu kimi, bu gün də, sabah da mövqeyimizdə dayanmağa davam edəcəyik”.

Xatırladaq ki, aprelin 7-də “Fənərbağça” və “Qalatasaray” komandalarının qarşılaşdığı Türkiyə Superkuboku matçı keçirilib. Qarşılaşmanın ilk dəqiqəsində Mauro İkardi “Qalatasaray”ı hesabda irəli çıxarıb. Bu qoldan sonra “Fənərbaxça”lılar meydanı tərk ediblər. Beləliklə, “Fənərbaxça”ya texniki məğlubiyyət verilib. “Qalatasaray” Türkiyə Superkubokunun qalibi olub.