Gündəm / Dünya
13 aprel 2024
1
Olaf Şolts: Putinlə zamanı gələndə danışıqlar aparacağam
Almaniya Kansleri Olaf Şolts Rusiya Prezidenti Vladimir Putinlə birbaşa danışıqların mümkünlüyünü istisna etməyib.
Bu barədə o, “Tageszeitung”a müsahibəsində bildirib.
Jurnalistin Putinlə danışıqların mümkünlüyü ilə bağlı sualını cavablandıran O.Şolts qeyd edib: “Bu, vaxtı gələndə baş verəcək”.
Onun sözlərinə görə, bunun baş verməsi üçün Rusiya tərəfindən müəyyən şərtlər yerinə yetirilməlidir:
“Rusiya diktə yolu sülhü əldə etməyin mümkün olmayacağını başa düşsə, Putin hərbi kampaniyanı dayandırmalı, qoşunlarını geri çəkməli olduğunu anlasa, bu baş verəcək”.

Daha çox xəbər:

Polşa prezidenti Putini Hitlerə bənzətdi
Gündəm / Dünya
Makron üç ay sonra Putinə zəng etdi
Gündəm / Dünya
Zelenski Rusiya ilə danışıqların mümkünsüzlüyünə dair sərəncam imzaladı
Gündəm / Dünya
Almaniya Ukraynaya 7 milyard avro ayıracaq
Gündəm / Dünya
Şoltsun Əliyevə zəngi: makronluq etməyəcək
Gündəm / Siyasət