Gündəm / Hadisə
13 aprel 2024
0
Kürdə batan 6 yaşlı qız və atası hələ də tapılmayıb
Fövqəladə Hallar Nazirliyinin (FHN) Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri Kürün Ağcəbədi rayonundan keçən hissəsində ata və qızının axtarışlarına cəlb olunub.
Xatırladaq ki, ötən gün axşam saatlarında Zərdabın Qoruqbağı kənd sakini 6 yaşlı Səma Süleymanlı və onun atası Vaqif Süleymanlı Kür çayında batıblar. Yerli sakinlərin sözlərinə görə, əvvəlcə 6 yaşlı Səma suya yıxılıb. Atası övladını xilas etmək üçün onun ardınca suya atılıb. Onların hər ikisi suda boğulublar.(AZƏRTAC)

Daha çox xəbər:

Kürdə batan 3 nəfərin meyiti tapıldı - YENİLƏNİB
Gündəm / Cəmiyyət
Dənizdə batan üçüncü şəxsin də meyiti tapıldı - YENİLƏNİB
Hadisə
Siyəzəndə dənizdə batanlardan birinin meyiti tapıldı - YENİLƏNİB
Gündəm / Hadisə
Su anbarında batan şəxsin kimliyi məlum oldu - YENİLƏNİB
Gündəm / Hadisə
Qarqarçayda bir nəfər BATDI
Hadisə