Gündəm / Dünya
16 aprel 2024
0
Qarabağ Universiteti üçün vakant yerlər AÇILACAQ
“Qarabağ Universiteti ilə bağlı proseslər davam edir. Artıq proqram rəhbərləri seçilib, bu həftə ərzində işə qəbul olunacaqlar”.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında elm və təhsil naziri Emin Əmrullayev deyib. O bildirib ki, Qarabağ Universiteti ilə bağlı müxtəlif proqramların məzmunu, tədris planı hazırlanır: “Dövlət İmtahan Mərkəzi ilə razılaşdırılıb, artıq qəbul planı tam hazırdır. Universitetdə 6 fakültədə 10-dan artıq ixtisas üzrə tədris aparılacaq. İnfrastruktur istiqamətində də işlər davam edir”.
Nazir Qarabağ Universitetində əlavə vakant yerlərin açılacağını da diqqətə çatdırıb: “Həmin ərazilərə köçürüləcək insanlar üçün texniki vakant yerlər, bütün ölkə üçün isə akademik vakant yerlər açılacaq”.
Xatırladaq ki, Prezident İlham Əliyev 2023-cü il noyabrın 11-də “Qarabağ Universitetinin yaradılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Xankəndi şəhərindəki ali təhsil müəssisəsinin əsasında Elm və Təhsil Nazirliyinin tabeliyində “Qarabağ Universiteti” publik hüquqi şəxs yaradılıb.

Daha çox xəbər:

Qarabağ Universitetində kimlər təhsil alacaq?- RƏSMİ AÇIQLAMA
Gündəm / Cəmiyyət
İlham Əliyev Qarabağ Universitetindən DANIŞDI
Gündəm / Siyasət
Builki MİQ müsabiqəsində neçə vakant yer elan ediləcək?
Gündəm / Cəmiyyət
Xankəndidə Qarabağ Universiteti yaradılır - Sərəncam
Gündəm / Cəmiyyət
İşə qəbul olmaq istəyən müəllimlərin nəzərinə!
Təhsil