Gündəm / Siyasət
17 aprel 2024
0
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasının (COP28) Prezidenti Sultan Əl-Cabir Yaponiya parlamentində iqtisadiyyat, sənaye və ticarət nazirinin müavini Yosido Nobuhiro ilə qarşıdan gələn COP29-da iqlim maliyyələşdirməsinin artırılması üçün etibarlı icra planının zəruriliyini müzakirə edib.
Bu barədə COP28-in "X" sosial şəbəkəsindəki hesabında məlumat yayılıb.
“Əbu-Dabidə keçirilən görüşdə Sultan Əl-Cabir Yaponiyaya COP28 və BƏƏ Konsensus təşəbbüslərinə davamlı dəstəyinə görə təşəkkür edib. Onlar, həmçinin qarşıdan gələn COP29-da artan iqlim maliyyələşdirməsini həyata keçirmək üçün etibarlı və iddialı planın hazırlanmasının zəruriliyini, eləcə də COP30 üçün genişləndirilmiş Milli İqlim Öhdəliklərinin (NDCs) həyata keçirilməsini müzakirə ediblər”, - məlumatda qeyd edilib.
Xatırladaq ki, COP29 bu ilin noyabrında Azərbaycanda keçiriləcək.
Daha çox xəbər: