Gündəm / Siyasət
26 aprel 2024
0
“Bu bizim üçün çox böyük şərəfdir”
“Biz COP29-a ev sahibliyinə yekdilliklə seçildik. Bu bizim üçün çox böyük şərəfdir”.
Bu fikri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində “15-ci Petersberq İqlim Dialoqu”nun Yüksək Səviyyəli Seqmentində çıxışında deyib.
“Bu, beynəlxalq ictimaiyyətin Azərbaycana olan etimadıdır, o cümlədən də yaşıl enerji sahəsində gördüyümüz işlərin tanınmasıdır”, - deyə Prezident İlham Əliyev qeyd edib.
Dövlət başçısı çıxışına belə davam edib: “Ümidvaram, bu beynəlxalq platforma (COP29 – red.) bizə imkan verəcək ki, Qlobal Cənub ölkələri ilə təmasları gücləndirək, eyni zamanda, Avropa ölkələri ilə də əlaqələri uğurla inkişaf etdirək”.
Avropa İttifaqının doqquz üzvü ilə Azərbaycan strateji tərəfdaşlıqla bağlı bəyannamələr imzaladığını xatırladan dövlət başçısı diqqətə çatdırıb: “Ümid edirəm, bu beynəlxalq əlaqələrimiz imkan verəcək ki, həmrəyliyi gücləndirək. Buna böyük ehtiyac var. Bizdən maliyyə, həmrəylik və birgə məsuliyyət tələb olunur”.
Daha çox xəbər:
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Gündəm / Siyasət"Azərbaycan tranzit ölkələr və istehlakçılar üçün təhlükəsiz şərait yaradıb" - Prezident
Gündəm / SiyasətDövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Gündəm / Siyasət"Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq" - İlham Əliyev
Gündəm / Siyasət"Biz enerji təhlükəsizliyi sahəsində yeni bir səhifə açırıq" - İlham Əliyev
Gündəm / Siyasət