Gündəm / Siyasət
26 aprel 2024
0
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”

“Ermənistanla Azərbaycan arasında gedən proses nəticəsində sərhədlərin delimitasiyası, hətta demarkasiyası da başlamışdır. 1990-cı və 1992-ci illərdə işğal edilmiş 4 Azərbaycan kəndi bizə qaytarılıb”.
Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev aprelin 26-da Berlində Almaniyanın Kansleri Olaf Şolts ilə birgə mətbuat konfransında söyləyib.
Azərbaycanda yerləşmiş Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzinin bu gün səhər fəaliyyətini dayandırdığını vurğulayan dövlət başçısı qeyd edib:
“Yəni, sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var. Bütün bu işdə bizə kömək etmək istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırıq”.
***
“Biz Azərbaycan ilə Ermənistan arasında gedən sülh danışıqlarını yüksək qiymətləndiririk. Növbəti görüş Qazaxıstanda planlaşdırılacaq və beləliklə, sülh sazişinin imzalanmasına doğru biz əlavə addımlar atırıq”, - Prezident əlavə edib.

Daha çox xəbər:

"Biz Avropa məkanına qaz ixracatımızı artırırıq" - Prezident
Gündəm / Siyasət
"Ermənistanla sülh sazişi imzalamaq istəyirik" - İlham Əliyev
Gündəm / Siyasət
"Ermənistanın əsas vəzifəsi sülhə nail olmaqdır, Qərbin hərbi bazalarını açmaq deyil" - Paşinyan
Gündəm / Cəmiyyət
"Qısa müddətdə sülh sazişini imzalamalıyıq” - İlham Əliyev
Gündəm / Siyasət
"Biz hər iki tərəfin razılığa gəldiyi sülh sazişini dəstəkləyəcəyik" - Latviya lideri
Gündəm / Siyasət