Gündəm / Hadisə
07 may 2024
0
Bakıda hoteldə 4 nəfər zəhərləndi - 2-si öldü
Bakıda, Səbail rayonunda yerləşən məşhur otellərin birində dəhşətli hadisə baş verib.
Oteldə əylənən 4 nəfər kişi zəhərlənmə diaqnozu ilə 1 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Onlardan ikisinin həyatını xilas etmək mümkün olmayıb. Əvvəlcə onların qidadan zəhərləndiyi bildirilib. Amma həkimlər bu zəhərlənmədə şübhəli məqamların olduğu istisna etmir.
Vəfat edənlərdən birinin atasının yüksək vəzifədə işlədiyi qeyd edilir.
Bakupost.az -ın əməkdaşı sağ qalan şəxslərin adlarını və fotolarını əldə edə bilib. Həmin şəxslərin birinin adı Nicat, digərinin adı isə Xəzərdir. Onlar sinif yoldaşı olub. Nicat Astara Gömrük İdarəsinin əməkdaşıdır. Xəzər isə hərbçidir. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Daha çox xəbər:

Şəkidə məktəbdə 27 nəfər zəhərləndi - Yenilənib
Gündəm / Cəmiyyət
Cəlilabadda bir ailə qidadan zəhərləndi
Gündəm / Cəmiyyət
Bakıda bir ailənin 6 üzvü plovdan zəhərləndi
Gündəm / Cəmiyyət
DİN-dən Bakıda kütləvi zəhərlənmə ilə bağlı AÇIQLAMA - YENİLƏNİB
Gündəm / Hadisə
Beyləqanda 15 nəfər pambıqdan zəhərləndi
Gündəm / Hadisə