Gündəm / Cəmiyyət
08 may 2024
0
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada rəsmi səfərdə olan Baş nazir Əli Əsədovu qəbul edib.
"Report"un Ankara bürosu xəbər verir ki, qəbul zamanı Azərbaycan Prezidenti İlham Əliyevin COP-29-la bağlı rəsmi dəvət məktubu Prezident Rəcəb Tayyib Ərdoğana təqdim olunub.
10:38
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Azərbaycanın Baş naziri Əli Əsədovu qəbul edəcək.
Görüş Ankaradakı Prezident iqamətgahında baş tutacaq.
Qeyd edək ki, Ə.Əsədov mayın 7-də Türkiyəyə rəsmi səfərə gedib. O, bu gün Ankarada Türkiyə-Azərbaycan Biznes Forumunda iştirak edəcək. Səfər çərçivəsində Azərbaycanın Baş nazirinin Türkiyənin vitse-prezidenti Cevdet Yılmazla da görüşü olacaq.

Daha çox xəbər:

İlham Əliyev Türkiyəyə səfər edəcək
Gündəm / Siyasət
Ceyhun Bayramovla Rəcəb Tayyib Ərdoğan arasında görüş baş tutub
Gündəm / Siyasət
Ərdoğan bu gün Azərbaycana gəlir
Gündəm / Cəmiyyət
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
Gündəm / Dünya
İlham Əliyev və Ərdoğanın təkbətək görüşü olub - YENİLƏNİB
Gündəm / Siyasət