Gündəm / Cəmiyyət
10 may 2024
0
Paşinyanın impiçmenti ilə bağlı hakim partiyadan AÇIQLAMA

"Xalqın iradəsi daha önəmlidir".
Bunu Ermənistan parlamentinin deputatı Andranik Köçəryan deyib.
O, jurnalistlərlə söhbətində keşiş Baqrat Srbazanın baş nazir postuna mümkün namizədliyinə toxunaraq deyib: "Əlbəttə, din xadimi Baqrat üçün Allahın iradəsi vacibdir, bizim üçün də vacibdir, amma xalqın iradəsi Allahın istəyidir. Əgər Vazgen Qalstanyan baş nazirliyə namizəd olmaq istəyirsə, o zaman 2026-cı ildə siyasi komandası ilə ərizə verməli, seçkilərdə iştirak etməli və baş nazirliyə namizəd olmalıdır.
Qoy impiçment prosesini gətirsinlər, amma sözügedən din xadimi deyir ki, 20 səs çatışmır, bəs o 20 səs hanı? Üç ildir ki, buradadırlar, 2,5 səsin belə mümkünlüyünü görürlərmi? Şəxsən mən 1,5 səs də görmürəm".

Daha çox xəbər:

"Ermənistanın gələcəyi Türkiyə ilə münasibətlərdən asılıdır" - Baqrat Asatryan
Gündəm / Dünya
"Paşinyanla o, hazır olanda istənilən zaman danışmağa hazıram" - İlham Əliyev
Gündəm / Siyasət
Diaspordan Paşinyana ŞƏRT: “İstefa ver, Ermənistana investisiya yatıraq”
Siyasət / Dünya
İlham Əliyevi dəstəkləməməyim haqsızlıq olar - Elçibəyin qardaşı oğlundan ŞOK AÇIQLAMA
Gündəm / Siyasət
Baş Prokurorluqdan direktorun səs yazısı ilə bağlı AÇIQLAMA
Gündəm / Hadisə