Gündəm / İdman
16 may 2024
0
“Qalatasaray” – “Fənərbağça” görüşünü bu hakim idarə edəcək

Türkiyə Superliqasının XXXVII turunda keçiriləcək “Qalatasaray” – “Fənərbağça” görüşünün baş hakimi açıqlanıb.
İstanbul derbisini Arda Kardeşler idarə edəcək.
Oyunun start fiti mayın 19-da, saat 20:00-da səslənəcək.
Qeyd edək ki, turnir cədvəlinə 99 xalla Okan Burukun rəhbərlik etdiyi "Qalatasaray" başçılıq edir. “Fənərbağça” 93 xalla ikincidir.
