Gündəm / Dünya
28 may 2024
0
Yeni Zelandiya vətəndaşlarını təcili olaraq Yeni Kaledoniyadan təxliyə edib
Yeni Zelandiya Yeni Kaledoniyada davam edən iğtişaşlarla əlaqədar 300-dən çox şəxsi bu ölkədən təcili təxliyə edib.
Bu barədə Yeni Zelandiyanın xarici işlər naziri Uinston Peters məlumat verib.
Yeni Zelandiya hökumətinin verdiyi məlumata görə, ölkənin Hərbi Hava Qüvvələrinin yeddi reysi 225 Yeni Zelandiya vətəndaşını və 145 əcnəbini Numea şəhərindən Oklendə çatdırıb.
Məlumat üçün əlavə edək ki, Fransanın nəzarəti altında olan və Sakit okeanda yerləşən Yeni Kaledoniyada Parisin müstəmləkəçilik siyasətindən narazı olan yerli xalq özünün hüquqları ilə bağlı etiraz aksiyaları keçirir. Artıq üç həftəyə yaxın davam edən aksiyalarda 10-na yaxın etirazçı öldürülüb.(TASS)
Daha çox xəbər:
“Kaledoniya məsələsi Fransanın daxili işi deyil”
Gündəm / SiyasətYeni Zelandiyanın cənub-qərbində 5,6 bal gücündə zəlzələ olub
Gündəm / DünyaFransanın yeni Baş Naziri bəlli oldu
İqtisadiyyatİran bu ölkəyə yeni səfir təyin etdi
Gündəm / DünyaKayzi Pyer: “Biz fransız neokolonializmi ilə mübarizə aparırıq”
Gündəm / Dünya