Gündəm / Dünya
30 may 2024
0
Keniyada daşqın nəticəsində 50-dən çox insan itkin düşüb
Keniyada 300-dən çox insanın ölümünə səbəb olan daşqın nəticəsində 50-dən çox adam itkin düşüb.
Bu barədə “Star” nəşri ölkənin hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Nazirlər Kabinetinin katibi Penina Malonza əlavə edib ki, leysanlar nəticəsində ölkə üzrə 52 nəfər hələ də itkin düşüb.
Yerli hakimiyyət orqanlarının məlumatına görə, ölkə boyu 300-dən çox insan həlak olub, 300 minə yaxın insan evlərini tərk etmək məcburiyyətində qalıb.
Keniya Qırmızı Xaç Cəmiyyəti sosial mediadakı X səhifəsində Keniyanın paytaxtı Nayrobidəki daşqının yaxınlıqdakı çayın daşması əlaqədar olduğunu bildirib.
Daha çox xəbər:
Nepalda torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb
Hadisə / DünyaƏfqanıstan vətəndaşı Bakıda itkin düşüb
GündəmRusiyanın hücumu Ukraynada 2 mindən çox insanın həyatına SON QOYDU
Gündəm / Dünya500-600-dən çox bal toplayanlar universitetə qəbul ola bilməyib
Gündəm / TəhsilHavaydakı yanğınlarda 6 nəfər ölüb
Gündəm / Hadisə