Gündəm / Siyasət
30 may 2024
0
Ussedik Favzi: Zəngilanda beynəlxalq konfrans mina problemi ilə bağlı məlumat mənbəyidir
III Beynəlxalq Konfransın Zəngilanda keçirilməsi mina problemi haqqında məlumat vermək baxımından mühüm əhəmiyyət kəsb edir.
Bunu jurnalistlərə açıqlamasında Beynəlxalq Humanitar Hüquq üzrə İslam Forumunun (İslam Əməkdaşlıq Təşkilatı) prezidenti, humanitar hüquq üzrə professor Ussedik Favzi (Oussedik Fawzi) deyib.
“Qarabağa səfər etdiyim üçün şadam və burada nə qədər böyük və peşəkar iş görüldüyünə təəccüblənirəm. Bu regionda yeni həyatın yarandığını görürəm. Bugünkü dialoq həm informasiyanın yayılması, həm də mədəni inkişaf üçün çox vacibdir”, - o vurğulayıb.
Onun sözlərinə görə, minaların yerləşdirilməsi beynəlxalq humanitar hüququn ciddi şəkildə pozulmasıdır.
Daha çox xəbər:
Rəsmi Bakıdan Paşinyana - Cavab
Gündəm / SiyasətErmənistanın cinayətləri ilə bağlı monitorinqlər aparılır
Gündəm / Cəmiyyət"Bir çox digər bölgələrdə beynəlxalq hüququn pozulmasını görürük" - Prezident
Gündəm / Siyasət"Beynəlxalq sahədə ixtisaslaşmış jurnalistlərə ehtiyac var" - Əhməd İsmayılov
Gündəm / CəmiyyətErmənistan minaların təmizlənməsi sahəsində əməkdaşlıq etmir - Ceyhun Bayramov
Siyasət