Gündəm / Cəmiyyət
01 iyun 2024
0
Ərdoğan Türkiyə ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsi ilə Azərbaycan arasında imzalanan daha iki sazişi təsdiqləyib.
"Report"un xəbərinə görə, bununla bağlı fərman "Resmi Qezete"də dərc olunub.
Fərmanla 2022-ci il dekabrın 22-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında tikinti işləri sahəsində əməkdaşlığa dair Protokol” qüvvəyə minib. Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən isə sənəd 2023-cü il martın 18-də təsdiq edilib.
Bundan əlavə, dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 2023-cü il noyabrın 13-də imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Türkiyə Respublikası Hökuməti arasında mədəniyyət sahəsində əməkdaşlığa dair Saziş”i də təsdiqləyib.
Sənəddə mədəni irs, kino, teatr, incəsənət, muzeylər, kitabxanaçılıq və digər sahələrdə əməkdaşlığın genişləndirilməsi nəzərdə tutulur.

Daha çox xəbər:

İlham Əliyev Türkiyə ilə imzalanmış sazişi TƏSDİQLƏDİ
Gündəm / Siyasət
Sürücülük vəsiqəsi olanlara ŞAD XƏBƏR
Siyasət
Ərdoğan Azərbaycanla imzalanmış sənədləri TƏSDİQLƏDİ
Gündəm / Siyasət
Türkiyə Azərbaycanla bir sıra sazişləri təsdiqləyib
Gündəm / Siyasət
İlham Əliyev Türkiyə ilə imzalanmış sənədləri təsdiqlədi
Gündəm / Siyasət