Gündəm / Siyasət
01 iyun 2024
0
İranla Pakistan yenidən ÜZ-ÜZƏ – İslam Respublikaları arasında gərginliyin PƏRDƏARXASI
İran-Pakistan sərhədində növbəti toqquşma baş verib. Ötən gün İran tərəfinin atəş açması nəticəsində 4 pakistanlı hərbçi həlak olub, ikisi isə yaralanıb. İnsidentlər bağlı tərəflər hələlik hər hansı bir rəsmi açıqlama verməyiblər.
Qeyd edək ki, tərəflər arasında bu ilin yanvar ayında da müəyyən gərginlik yaşanmışdı. Həmin vaxt tərəflər bir-birinin ərazisinə, oradakı müəyyən qüvvələri məhv etmək üçün raket zərbələri endirmişdi. Bu fonda həmçinin, səfirlər də geri çağırılmışdı. İndi isə tərəflər arasında növbəti qarşıdurma baş verib.
Görəsən, bir neçə ay əvvəl olduğu kimi, yenə də iki ölkə arasında döyüşlər başlayacaq?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında politoloq Tural İsmayılov bildirir ki, İranla Pakistan arasında yaranmış vəziyyət dövlətlərarası qarşıdurmaya gətirib çıxarmayacaq:
“İranla Pakistan arasındakı qarşıdurmanın dərin kökləri var. Nəzərə almaq lazımdır ki, İranın beynəlxalq münasibətlər sistemindəki ideoloji yanaşması Pakistan tərəfindən qəbul edilmir. Həmçinin, müəyyən məsələlərdə Pakistanın da İran əleyhinə sərgilədiyi mövqelər, Tehranı qıcıqlandırır.
Habelə Tehranın regionu qarışdıran məsələlərlə bağlı bir çox yanaşması da Pakistanın siyasi elitası tərəfindən doğru qarşılanmır. Eyni zamanda, Pakistan və İran daxilində beynəlxalq münasibətlər sisteminə və bütövlükdə İslam dininə qarşı mövqelər fərqlidir. Müxtəlif yozum və şərhlər mövcuddur. Bunlar da öz növbəsində iki ölkə elitası daxilində müəyyən problemlərə səbəb olur.
Amma dövlət səviyyəsində İran Pakistan münasibətlərinin gərgin vəziyyətdə olduğunu düşünmürəm. Yalnız iki ölkənin daxilindəki müəyyən qrupların yaşadıqları problemlər, bir-birinə münasibətdə sərgilədikləri mövqelər tərəflər arasında ümumi narazılıq və anlaşılmazlığa səbəb olur. Amma onun geniş rakusda hansısa dövlətlərarası qarşıdurmaya səbəb olmayacaq.
Bütövlükdə İran Pakistan münasibətlərində baş verən müəyyən qarşıdurmaların daimi xarakter almayacağını da düşünürəm”.
Bizim.Media
Daha çox xəbər:
Pakistan ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirildi
Gündəm / DünyaAbdullahian Pakistana gedir
Gündəm / DünyaƏfqanıstan-Pakistan sərhədində atışma: Ölənlər var
Gündəm / Dünyaİran-Azərbaycan gərginliyi nə vəd edir...
Gündəm / SiyasətPakistandan İranla bağlı AÇIQLAMA: Hücuma cavab olaraq...
Gündəm / Dünya