Gündəm / Dünya
01 iyun 2024
0
Amerika “demokratiya”sı Trampa QARŞI – Eks prezident Ağ Evə, yoxsa həbsxanaya GEDƏCƏK?
Cümə axşamı Nyu-Yorkun hakimlər heyəti “Trump Organization” şirkətinin keçmiş pornoaktrisa Stormi Danielsin pulunu ödəyərkən maliyyə sənədlərinin saxtalaşdırılması işində 34 bənddə təqsirkar bildiyi ABŞ-ın keçmiş prezidenti Donald Trampa hökm çıxarılması ilə bağlı iclası iyulun 11-nə təyin edib.
Bununla yanaşı, iyulun 15-18-də Miluokidə (Viskonsin ştatı) Respublikaçılar Partiyasının ümumi qurultayı keçiriləcək. Hansı ki, iclasda Tramp ABŞ prezidentliyinə respublikaçı namizəd kimi təsdiqlənməlidir.
Görünən odur ki, Trampın Prezidentliyə namizədliyi irəli sürülən ərəfədə o həm də məhkəmə qarşısına çıxarılacaq.
Demokratiyadan, qanunların aliliyindən dəm vuran amerikasayağı demokratiya budurmu?
Mövzu ilə bağlı Bizim.Media-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu bildirir ki, baş verənlər ABŞ demokratiyasının çürük olduğunun növbəti nümayişidir:
“Əslində ABŞ-da hakimiyyət uğrunda siyasi mübarizə zamanı heç bir demokratik normalar gözlənilmir. ABŞ insan hüquqları, demokratiya amilindən sadəcə olaraq, müxtəlif xalqlara, dövlətlərə təzyiq vasitəsi kimi istifadə edir. Başqa ölkələrdə insan hüquqlarının müdafiəsindən dəm vuran ABŞ-ın özündə bu sahədə nədənsə vəziyyət bərbad gündədir.
Güc strukturunun təmsilçiləri dəfələrlə dinc nümayişçiləri qətlə yetirib, zorakılığa əl atıblar. Bu ölkədə iqri ayrıseçkilik geniş vüsət alıb. Polis belə ictimaiyyətin gözü qarşısında qaradərili insanları yaşayış hüququndan məhrum edir. Bu bir daha göstərir ki, Amerikanın özündə insan hüquq və demokratik prinsiplər məsələsində dərin problemlər mövcuddur”.
“ABŞ-da prezidenti xalq yox, ayrı-ayrı qruplar seçir”
Prezidentliyə real namizəd Trampa qarşı təşkil edilən saxta əsaslı hücumlar da həmsöhbətimizə görə, bu ölkədə siyasi rəqiblərin sıradan çıxarılması üçün qeyri-etik, hüquq çərçivəsinə sığmayan vasitələrə əl atıldığının göstəricisidir:
“Bunun özü də ayrıca dərin paradoksu ortaya qoyur. Amerikanın seçki sistemi qüsurlu seçki sistemidir. Çünki bu ölkə yeganə dövlətdir ki, seçicilərin əksəriyyətini qazanan namizəd son nəticədə seçkini uduza da bilər. Bütün bunlar seçkilər çərçivəsində müxtəlif qanun pozuntularına gedilməsinə, manevrlər edilməsinə imkan verir.
Trampa qarşı həyata keçirilən kampaniya da ABŞ-da dövlət başçısını xalqın deyil, ayrı-ayrı marginal qrupların müəyyənləşdirdiyini deməyə əsas verir. Ardınca da seçdikləri şəxsdən öz şəxsi maraqları üçün istifadə edirlər. Baş verənlər ABŞ demokratiyasının növbəti dəfə çürüklüyünü nümayiş etdirir”.
Bizim.Media
Daha çox xəbər:
ABŞ-da prezident seçkiləri təxirə salına bilər
Siyasət / DünyaNövbəti Bayden-Tramp döyüşü, yoxsa... – “Hələ tezdir”
Gündəm / DünyaŞalvarını qaldırıb corabını Trampa göstərdi - FOTOLAR
DünyaABŞ-ın Respublikaçılar Partiyasının seçki üçün topladığı vəsait açıqlandı
DünyaTramp 4 gün ərzində həbs oluna bilər
Dünya