Gündəm
05 iyul 2020
63
Xaçmaz və Siyəzən polisi gücləndirilmiş iş rejimində çalışır
Milliinf.az
COVID-19 virusunun yayılma sürətinin azaldılması, eləcə də onun törədə biləcəyi fəsadların minimuma endirilməsi məqsədilə iyun ayının 5-dən saat 00:00-dan respublikanın şimal rayonları olan Xaçmaz və Siyəzəndə sərtləşdirilmiş karantin rejimi tətbiq olunub.
DİN Mətbuat Xidmətinin Quba regional qrupundan “Report”a verilən məlumata görə, elan edilmiş sərt karantin rejiminin tələblərinə riayət olunması istiqamətində Xaçmaz və Siyəzən Rayon Polis Şöbələrinin əməkdaşları gücləndirilmiş iş rejimində çalışırlar.
Polis əməkdaşları xidməti əraziyə ciddi nəzarət edir, xidməti avtomobillərdə olan xüsusi səsgücləndirici qurğu vasitəsilə vətəndaşlara karantin rejimi ilə bağlı məlumatlar verir, avtopatrul və piyada marşrutları ilə xidmətlərini davam etdirirlər.
Bundan əlavə rayonların giriş və çıxışlarında müvəqqəti postlar qurulub, nəqliyyat vasitələrinin hərəkətinə ciddi nəzarət olunur. Görülən bu tədbirlərlə bağlı vətəndaşlara bildirilib ki, məqsəd onların sağlamlığının qorunması və virusun törədə biləcəyi digər fəsadların qarşısının alınmasıdır.
Elan edilmiş rejim qaydalarını pozan şəxslər aşkarlandıqda isə həmin şəxslər Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati məsuliyyətə cəlb olunurlar.

Daha çox xəbər:
Xüsusi karantin rejimi sıyahısına daha 4 - rayaonun ərazisi əlavə edildi
Gündəm / Cəmiyyət / SosialSərt karantin rejimi bu tarixədək uzadıldı - RƏSMİ
GündəmHəftəsonu fərdi avtomobillərin və taksilərin fəaliyyətinə icazə verilir? - RƏSMİ AÇIQLAMA
Cəmiyyət / SosialSərtləşdirilmiş Xüsusi Karantin Rejimində KİV-lərin fəaliyyətinə dair Operativ Qərargahın məlumatı
Gündəm / Cəmiyyət / SosialKarantin rejimində ən çox tibbi arayış verilən rayonun adı AÇIQLANDI
Cəmiyyət / Sosial