Gündəm / Hadisə
07 iyun 2024
0
Özünü yandıran qazimiz dünyasını dəyişdi
Daşkəsəndə üzərinə benzin tökərək yandıran qazi Ədalət İsmayılov Bakıda xəstəxanada dünyasını dəyişib.
28 yaşlı Daşkəsən rayon sakini bu gecə paytaxda müalicə aldığı xəstəxanada vəfat edib.
Qeyd edək ki, Ədalət İsmayılov Daşkəsəndə üzərinə benzin tökərək özünə od vurub. Yaxınlıqdakı şəxslər tərəfindən yanğın söndürülüb.
Xatırladaq ki, Ə.İsmayılov barəsində məhkəmə qərarı ilə 60 manat məbləğində inzibati tənbeh tədbiri tətbiq edilib. Onun inzibati məsuliyyətə cəlb edilməsinin əsassızlığı ilə bağlı müraciətləri aidiyyəti üzrə araşdırılıb və təsdiqini tapmadığından qərar qüvvədə saxlanılıb.
Ə.İsmayılovla çoxsaylı izahedici söhbətlər aparılmasına baxmayaraq, onun qeydiyyatda olduğu Daşkəsən rayonunda və yaşadığı Gəncə şəhərində özünə aid olmayan nəqliyyat vasitələri ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq hərəkətləri etməsi ilə bağlı dəfələrlə tədbirlər görülüb.(Unikal)
Daha çox xəbər:
II qrup əlil özünü yandıraraq öldürdü
Gündəm / HadisəDaşkəsəndə 69 yaşlı kişi itkin düşdü
HadisəVəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ
Gündəm / HadisəBakıda xəstəxanada DƏHŞƏT: Tibbi spirtlə özünü yandırdı
Gündəmİsmayıllıda qazi rayon icra hakimiyyətinin qarşısında özünü yandırdı
Gündəm / Cəmiyyət