Gündəm / Hadisə
10 iyun 2024
0
Ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs müddəti uzadılıb
Bakının Xətai rayonunda ailəsinin beş üzvünü qətlə yetirməkdə şübhəli bilinən Əhməd Əhmədovun həbs müddəti uzadılıb.
Onun barəsindəki həbs qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı qərar Xətai Rayon Məhkəməsində verilib.
Qərarla bu müddət 20 gün uzadılıb.
Qeyd edək ki, bu ilin fevral ayında Əhməd Əhmədov barəsində 4-aylıq həbs qətimkan tədbiri seçilmişdi.
Fevralın 13-də 1999-cu il təvəllüdlü Əhməd Əhmədovun aralarında yaranmış mübahisə zamanı ata, ana və azyaşlı qardaşını, bundan əvvəl başqa bir ünvanda isə bacısı - 1997-ci il təvəllüdlü Elmira Əhmədovanı və onun azyaşlı qızını qətlə yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə) maddələri ilə cinayət işi başlanıb, Əhməd Əhmədov prokurorluğun qərarı ilə iş üzrə şübhəli şəxs qismində tutulub.

Daha çox xəbər:

3 ailə üzvünü öldürən şəxs TUTULDU
Gündəm / Hadisə
Əhmədov harada saxlanılır? - Vəkili
Gündəm / Hadisə
Bakıda dəhşətli qətl: Atası, anası və azyaşlı övladını ÖLDÜRDÜ
Gündəm / Cəmiyyət
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
Gündəm / Cəmiyyət
Rəşad Dağlının həbs müddətinin uzadılması istənilir
Gündəm / Hadisə