Gündəm / İqtisadiyyat
11 iyun 2024
0
Dövlət Xidmətində unun qiyməti müzakirə olundu
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətində un istehsalçıları ilə görüş keçirilib.
Son vaxtlarda unun topdansatış qiymətlərində müşahidə olunan dalğalanmalar və unun istehlak bazarında strateji məhsul olması nəzərə alınaraq, dövlət-özəl dialoqu çərçivəsində müvafiq sahədə fəaliyyət göstərən iri sahibkarlıq subyektləri (“Karat Holdinq” MMC, “Karmen” MMC, fiziki şəxs Mirzəyev İskəndər, "ATS Mill" MMC, “Dəvəçi Dəyirman” MMC və s.) və onları təmsil edən assosiasiyalarla görüş keçirilib.
Görüşdə mövcud qiymət dinamikası, Azərbaycan üçün əsas idxal bazarlarında ərzaqlıq buğdanın mövcud qiymətləri və bu qiymətlərin daxili bazarda un qiymətləri ilə mütənasibliyi müzakirə edilib.
Tədbirdə qiymət formalaşması zamanı antiinhisar qanunvericiliyinin tələblərinə riayət olunmasının vacibliyi vurğulanıb, cari ilin iyul ayının 1-dən etibarən qüvvəyə minəcək Rəqabət Məcəlləsinin tələbləri barədə ətraflı məlumat verilib.
Eyni zamanda, qeyd olunub ki, əsassız qiymət dəyişikliyinin qarşısının alınması, qiymətin formalaşması zamanı antiinhisar qanunvericiliyinə riayət olunmasına nəzarət məqsədilə Dövlət Xidməti tərəfindən istehlak bazarında mütəmadi monitorinqlər aparılır və pozuntu aşkar olunduqda qanunvericiliyə uyğun tədbirlər görülür.
Daha çox xəbər:
Çörəyin bahalaşması ilə bağlı RƏSMİ AÇIQLAMA
Gündəm / İqtisadiyyat“Marketlərdə çörək ucuzlaşıb” - Rəsmi
Gündəm / İqtisadiyyatUn və çörək istehsalçılarına qiymət artımı ilə bağlı xəbərdarlıq
Gündəm / İqtisadiyyatAzərbaycanda un və çörək BU QİYMƏTƏ SATILACAQ - RƏSMİ/VİDEO
Gündəm / CəmiyyətBu rayonda unun qiyməti qalxıb - VİDEO
Gündəm / Cəmiyyət