Gündəm / İdman
12 iyun 2024
0

"Qarabağ" yay hazırlıq planını AÇIQLADI



"Qarabağ" klubunun mövsümlərarası fasilə dövründəki hazırlıq planı bəlli olub.

"Köhlən atlar" iyunun 18-də Bakıda məşqlərə start verəcək.

Millilərin üzvü olan futbolçular hazırlığa ayın 23-də qoşulacaqlar.

Paytaxtdakı toplanışda iki yoxlama oyununun keçirilməsi planlaşdırılır. Bu görüşlərin iyunun 29-da və iyulun 2-də təşkili nəzərdə tutulub.

Hazırlıq prosesinin ikinci mərhələsi Avstriyada gerçəkləşəcək. Komanda iyulun 5-dən 17-dək Tirol bölgəsində təlim-məşq toplanışı keçirəcək. Hazırlıq çərçivəsində iki oyun günündə ümumilikdə 4 yoxlama görüşü təşkil olunacaq. Bu matçlardan ikisi iyulun 9-da, ikisi isə 16-da baş tutacaq.