Gündəm / Dünya
20 iyun 2024
0
İranda prezidentliyə namizədin teledebatında qalmaqal olub
İran prezidentliyinə namizəd Məsud Pezeşkianın vəkili Məhəmməd Fəzli seçkiqabağı televiziya debatı zamanı qarşı tərəfə etiraz olaraq mikrofonu çıxararaq studiyada yerə çırpıb.
Bu barədə görüntülər sosial şəbəkədə yayılıb.
Debatda ekspert kimi iştirak edən Şahab İsfəndiyari bildirib ki, Məhəmməd Fəzli qanunları pozduğu üçün universitetdən və professorlar siyahısından çıxarılıb. Bununla da Fəzli ali təhsilin statusuna zərbə vurub.
M.Fəzli Ş.İsfəndiyarini “yalan” danışmaqda və yaymaqda ittiham edib. Bunun ardınca vəkillə ekspert arasında mübahisə yaranıb. Aparıcı hər ikisinin mikrofonunu söndürüb. Məsud Pezeşkianın vəkilinin cavab verməsi üçün şərait yaradılması ilə bağlı müraciətinə aparıcı məhəl qoymayıb. Bundan sonra M.Fəzli duraraq mikrofonu çıxarıb və onu studiyaya çırparaq debat keçirilən yeri tərk edib.
Daha çox xəbər:
Flora Kərimova ilə Elza arasında qalmaqal: "Sizin ixtiyarınız yoxdur..." - VİDEO
Gündəm / Şou / Mədəniyyət / VideoParisdə prezidentliyə namizəd jurnalistə qarşı etiraz aksiyası keçirilib
Gündəm / Dünyaİranda prezidentliyə ən gənc NAMİZƏD - DOSYE
Gündəm / DünyaSərxan Kərəmoğlu ilə müğənni arasında qalmaqal
Şouİranda prezidentliyə namizədlərin siyahısının açıqlanacağı tarix dəyişdi
Gündəm / Cəmiyyət