Gündəm / Dünya
20 iyun 2024
0
“Azərişıq” Ağdamda yenidənqurma işlərini davam etdirir - Video
İşğaldan azad edilən bütün regionlarda olduğu kimi “Azərişıq” ASC Ağdamın da elektrik təsərrüfatının yenilənməsi işlərini sürətlə davam etdirir.
Həyata keçirilən yenidənqurma işləri çərçivəsində Ağdamda keyfiyyətli, dayanıqlı və etibarlı elektrik enerjisi təchizatı üçün müasir standartlara uyğun, yeni elektrik şəbəkəsi qurulur.
Ağdam şəhərində tikinti-quraşdırma işləri aparan təşkilatların və strateji obyektlərin enerji ilə təmin olunması üçün xüsusi şəbəkələr yaradılıb. Hər birinin gücü 10 mVA olmaqla 35/04 kV-luq 2 yarımstansiya inşa edilib və gələcəkdə bu yarımstansiyalar vasitəsilə Ağdam şəhər mərkəzinin işıqlandırılması nəzərdə tutulub.
Hazırda Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin tikintisi davam edir. Yenidən qurulan Kəngərli, Xıdırlı və Sarıcalı kəndlərində isə yeni dayaqlar basdırılıb, 35/04 kV-luq Özünüdaşıyan İzolyasiyalı Naqillər (ÖİN) çəkilib. İşlərə cəlb edilən əməkdaşların əksəriyyəti elə Ağdam sakinləridir.
Gələcəkdə Güllücə, Baş Qərvənd və Salahlı Kəngərli kəndlərində də yeni xətlərin çəkilişi nəzərdə tutulub. Ümumilikdə, Ağdam şəhəri və kəndlərinin kabelləşdirilməsi Şəhərsalma Planına əsasən aparılır.
Qeyd edək ki, Azərişıq” ASC ölkənin bütün regionlarında paralel şəkildə yenidənqurma işlərini davam etdirir. Məqsəd vətəndaşların dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təmin olunması, elektrik enerjisi itkilərinin minimuma endirilməsidir.
Daha çox xəbər:
Rəqəmsal İdarəetmə Mərkəzinin əsası qoyuldu - FOTO (YENİLƏNİB)
Gündəm / SiyasətCəbhə bölgəsi rayonlarında elektrik enerjisi infrastrukturu atəşə tutulub
Hadisə"Yaxın vaxtda Ağdamda işığımız yanacaq" - “Azərenerji”
Gündəm / CəmiyyətPrezident yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında - FOTO
Gündəm / SiyasətŞuşa Rəqəmsal İdarəetmə Mərkəzi ilə şəhərin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatı təmin olunur
Gündəm / Cəmiyyət