Gündəm / Cəmiyyət
07 oktyabr 2022
2 834
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi ilə şəhərin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatı təmin olunur
Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində ənənəvi üçpilləli 35/10-6/0,4 kilovoltluq paylayıcı elektrik şəbəkələrinin yerinə Şuşada qurulan yeni dairəvi elektrik təchizat sxemi müasir dəringirişli ikipilləli 35/0,4 kilovoltluq şəbəkələrlə əvəz edilib.
“Report” xəbər verir ki, bu barədə Şuşaya səfər edən jurnalistlərə “Azərişıq” ASC-nin Tədris və İnnovasiyalar Mərkəzinin direktoru Araz Məmmədzadə deyib.
O bildirib ki, istismara verilmiş Yarımstansiya və Rəqəmsal İdarəetmə Mərkəzi 35/0,4 kilovoltluq 2x2500 kilovatt gücündədir:
“Yeni şəbəkənin istifadəyə verilməsi ilə ənənəvi 35/10 kilovoltluq yarımstansiyaların və 10 kilovoltluq elektrik verilişi xətlərinin tikintisi, saxlanma və istismar xərcləri aradan qaldırılır, texnoloji itkilər minimuma endirilməklə, ətraf mühit və canlı orqanizmlərə elektromaqnit sahə şüalanmasının mənfi təsiri azaldılır, xidmət heyəti və texniki nəqliyyat vasitələri ixtisar edilir, xidmətin keyfiyyəti yaxşılaşdırılır. Bununla yanaşı, 110/35/0,4 kilovoltluq şəbəkələri tam əhatə edən müasir SK-11 SCADA dispetçer idarəetmə sisteminin tətbiqi ilə şəbəkənin idarəetmə imkanları genişlənir. İlk dəfə olaraq SK-11 SCADA dispetçer idarəetmə sistemi ilə müasir rəqəmsal şəbəkə modelində aşağı gərginlik (0,4 kilovolt) dövrələrini son istehlakçıyadək nəzarətdə saxlamaq mümkün olur. Əvvəllər paylayıcı şəbəkələrdə dispetçer idarəetmə sistemi yalnız yüksək gərginlikli xətləri əhatə edirdisə, hazırda bu imkanlar daha da genişləndirilib. Nəticədə elektrik enerjisinin alış nöqtəsindən abonent sayğacınadək idarə olunması, enerji balansı, keyfiyyəti, fasiləsiz çatdırılması, qəza hallarında avtomatik bərpa edilməsi, elektroenergetika sənədləşmə sahəsində ilk dəfə olaraq kağız daşıyıcılarından elektron jurnala keçidlə şəbəkələr haqda məlumatların qeydiyyatının aparılması və arxivləşdirilməsi yeni SK-11 sistemi üzərindən idarə edilərək tam nəzarətdə saxlanılır”.
A.Məmmədzadə bildirib ki, ilk dəfə Şuşada tətbiq edilən 35/0,4 kilovoltluq şəbəkələrin Rəqəmsal İdarəetmə Mərkəzi digər yarımstansiyalarla dairəvi əlaqələndirilmə imkanlarına malik olub Şuşa şəhərinin dayanıqlı və fasiləsiz elektrik enerjisi təchizatını təmin edir:
“Elektroenergetika sahəsində ilk dəfə olaraq Şuşa Rəqəmsal İdarəetmə Mərkəzində yarımstansiyanın qəza hallarında enerji təchizatının təmin edilməsi və yarımstansiyanın xüsusi sərfiyyat tələbatının kompensasiyası üçün alternativ və bərpaolunan enerji mənbəyindən istifadə tətbiq edilib, texniki-iqtisadi göstəricilər yüksəldilib, avadanlıqların fasiləsiz qidalandırılması təmin olunub. Ümumilikdə isə inşası planlaşdırılmış 9 yeni müasir Transformator yarımstansiyası və Rəqəmsal idarəetmə Mərkəzlərinin artıq 6-sı tikilib, bunlardan birinin açılış edilib. Digər 3 yarımstansiya isə gələn il ərzində istismara veriləcək”.
“Görüləcək işlərdən sonra Şuşada radial sxemlə işləyən 48 ədəd Transformator Məntəqlərini müasir sxemə əsaslanan 9 ədəd 35/0,4 kilovoltluq rəqəmsal yarımstansiyalar əvəz edəcək. Şəbəkəyə aid xətlər isə yeraltı çəkiləcək. Digər yarımstasiyaların, ümumilikdə Şuşanın elektrik şəbəkəsinin innovativ yeniliklərə uyğun şəkildə qurulması işi davam etdirilir”, - Mərkəzin direktoru vurğulayıb.
Daha çox xəbər:
Prezident yeni elektrik yarımstansiyasının və Rəqəmsal Şəbəkələrin Baş İdarəetmə Mərkəzinin açılışında - FOTO
Gündəm / SiyasətLaçında yeni yarımstansiya tikilir - VİDEO
Gündəm / CəmiyyətPrezident yarımstansiyanın açılışında - Fotolar
Gündəm / İqtisadiyyatİlham Əliyev “Yaşma” qovşaq yarımstansiyasının açılışında
Siyasət"Yaxın vaxtda Ağdamda işığımız yanacaq" - “Azərenerji”
Gündəm / Cəmiyyət