Gündəm / İqtisadiyyat
15 sentyabr 2021
22
Prezident yarımstansiyanın açılışında - Fotolar
Prezident İlham Əliyev paytaxtın Xəzər rayonunda yeni tikilən 110/35/10 kilovoltluq “Buzovna-1” yarımstansiyasının açılışında iştirak edib.
“Azərişıq” ASC-nin sədri Vüqar Əhmədov Prezident İlham Əliyevə yarımstansiyada görülən işlər barədə məlumat verib.
Yeni yarımstansiya artan tələbatı ödəməklə, Buzovna, Zuğulba, Albalılıq, Bilgəh, Nardaran, Maştağa qəsəbələrinin, dövlət əhəmiyyətli obyektlərin, həmçinin istirahət, turizm, tibb obyektlərinin fasiləsiz elektrik enerjisi ilə təmin edilməsində böyük rol oynayacaq.
Yarımstansiya məsafədən idarə olunan SCADA dispetçer sisteminə qoşulub, ən müasir qurğular və avtomatika sistemi ilə təchiz edilib. Ümumilikdə, “Azərişıq” ASC tərəfindən yeni inşa olunan qapalı tipli yarımstansiyalarda texniki və texnoloji yeniliklərə xüsusi diqqət verilir. Paytaxtın digər ərazilərində 110, 35 və 0,4 kilovoltluq ötürücü xətlər kabellə yeraltı borular və tunellər vasitəsilə çəkilib ki, bunların istismar müddəti baxımından etibarlılığı 2-3 dəfə çoxdur.
Prezident İlham Əliyev “Buzovna-1” yarımstansiyasını işə salıb.
Dövlət başçısına işğaldan azad olunmuş ərazilərdə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Ağıllı şəbəkə konsepsiyası” əsasında görülmüş işlər barədə də məlumat verilib.
Bildirilib ki, Şuşa şəhəri və Suqovuşan qəsəbəsinin elektrik təchizatının təmin edilməsində ilk dəfə müasir tipli mühafizəli və izolyasiyalı kabel xətti, paylayıcı şəbəkə modeli tətbiq olunub. Ümumilikdə, işğaldan azad edilmiş ərazilərin elektrik enerjisi ilə təchizatında innovativ texnologiyaların tətbiqi uğurla davam etdirilir.
İşğaldan azad edilmiş ərazilərdə “ağıllı şəbəkə” konsepsiyası üzrə müasir, daha dayanıqlı ikipilləli 110/35 kilovoltluq şəbəkələrin iqtisadi əsaslandırması həyata keçirilib. Ənənəvi şəbəkələrlə müqayisədə bu tip şəbəkələrdə elektrik təchizat sxemi sadələşir, etibarlılıq və rentabellik dəfələrlə artır, 6 ilədək tikinti müddətinə, layihələndirmə və sənədləşdirmə vaxtına, 60 min hektardan çox faydalı torpaq sahəsinə qənaət edilir. Müasir şüşə lifli, kompozit materialdan hazırlanmış dayaqlar quraşdırılır ki, onlar da sərt iqlim və istismar şəraitinə dözümlü olmaqla yanaşı, daha az xərc tələb edir. Beləliklə, müasir texnologiyaların tətbiqi nəticəsində elektrik təchizatı şəbəkəsinin dayanıqlığı artırılaraq böyük miqdarda maliyyə vəsaitinə qənaət olunacaq.
Dövlət başçısı görüləcək işlərlə bağlı tapşırıq və göstərişlərini verib.
Daha çox xəbər:
Prezident və birinci xanım "Kəlbəcər" yarımstansiyasının açılışında - FOTOLAR
Gündəm / Siyasətİlham Əliyev “Abşeron” yarımstansiyasının açılışında - FOTOLAR
Gündəm / SiyasətPrezident Suraxanıda açılışa qatıldı - Fotolar
Gündəm / SiyasətKoronaviruslu xəstələrin müalicəsi üçün Bakının Xətai rayonunda modul tipli hospitalın açılışı olub Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva açılışda iştirak ediblər YENİLƏNİB
Siyasətİlham Əliyev Bakıda yol açılışında
Siyasət