Gündəm / Siyasət
06 avqust 2021
45
Prezident Suraxanıda açılışa qatıldı - Fotolar
Azərbaycan Prezidenti İlham Əliyev əsaslı şəkildə yenidən qurulan 110/35/6 kilovoltluq “Suraxanı” yarımstansiyasının açılışında iştirak edib.
“Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Baba Rzayev dövlət başçısına məlumat verib ki, yarımstansiya sökülərək açıq tiplidən qapalı tipli variantda tam yenidən qurulub.
Dövlət başçısı yarımstansiyanı işə salıb.
“Suraxanı” yarımstansiyasında digərlərində olduğu kimi müasir avadanlıq quraşdırılıb. Yarımstansiya Suraxanı rayonunu, Sabunçu və Xəzər rayonlarının bir hissəsini, o cümlədən bir neçə digər sosial strateji və sosial infrastruktur obyektini elektrik enerjisi ilə təchiz edəcək.
Xüsusi layihə əsasında “Suraxanı” yarımstansiyasının gərginliyi dəyişdirilərək 110/20/6 kilovoltluqdan 110/35/6 kilovoltluğa keçirilib, itkilərin azaldılmasına nail olunub. Eyni zamanda, yarımstansiyanın transformatorlarının ümumi gücü də 126 meqavolt amperədək artırılıb.
Daha çox xəbər:
İlham Əliyev “Azərbaycan” İES-i istifadəyə açdı
İqtisadiyyatSuraxanıda karantin qaydalarına əməl etməyən " BALLI " market necə cəzalandırıldı
CəmiyyətCəbhə bölgəsi rayonlarında elektrik enerjisi infrastrukturu atəşə tutulub
Hadisə"İş tapa bilməyən insanlar o işlərə cəlb olunsunlar" - İlham Əliyevdən göstəriş
İqtisadiyyatPrezident növbəti “ASAN xidmət”in açılışında - Fotolar
Gündəm / Siyasət