Gündəm / Dünya
24 iyun 2024
0
Müxalifət təmsilçisi: "Rusiyanı Ermənistandan çıxarmaq üçün Paşinyanı hakimiyyətə gətirdilər"
Nikol Paşinyanın 2021-ci ildə yenidən seçilməsi üçün Rusiya əlindən gələni etdi.
Bunu Ermənistan Respublikaçılar Partiyasının mətbuat katibi Eduard Şarmazanov bildirib.
Onun sözlərinə görə, 2018-ci ilin may hadisələri zamanı Rusiya Dövlət Duması və Xarici İşlər Nazirliyi səviyyəsində İrəvana səfər edib, Nikol Paşinyanla görüşdü: “Həmin dövrdə Paşinyan şəxsən Rusiya Prezidenti Vladimir Putini tərifləyirdi. Parlamentin sədri Alen Simonyan isə onda bəyan edirdi ki, Ermənistanda indiki kimi Rusiyayönümlü hakimiyyət olmayıb”.
Eduard Şarmazanov bildirib ki, Rusiyanı Ermənistandan çıxarmaq üçün Paşinyanı hakimiyyətə gətirdilər.
O əlavə edib ki, Ukraynada müharibə başlayandan sonra Paşinyana komanda verilib: “Qərb kuratorları onu hələlik KTMT-ni tərk etməyə çağırıblar. Hədəf Rusiyanın nüfuzunu sıfıra endirmək, onun buradakı mövqeyini zəiflətməkdir”.
Daha çox xəbər:
İlham Əliyev, Putin və Paşinyan Soçidə GÖRÜŞƏCƏK
Gündəm / CəmiyyətPaşinyanın Rusiyaya səfəri başlayıb
DünyaKreml Paşinyanı cavabsız qoymayacaq: sui-qəsd təşkil edə bilər
Gündəm / DünyaPutin Paşinyanla İrəvanın KTMT məsələsini müzakirə edəcək? - AÇIQLAMA
Gündəm / DünyaPaşinyan KTMT katibini qəbul etməkdən imtina etdi - ŞOK AÇIQLAMA
Gündəm / Dünya