Gündəm / Cəmiyyət
26 iyun 2024
0
Lerikdə torpaq sürüşməsi - Lənkəran - Lerik yolu bağlandı
Lerikdə torpaq sürüşməsi baş verib, Lənkəran - Lerik yolu bağlanıb.
Bu gün günorta saatlarında hava şəraitinin dəyişməsi və Lerik rayonunda güclü leysan, dolu düşməsi nəticəsində dağlarda torpaq sürüşməsi, uçqun baş verib.
Torpaq sürüşməsi əsasən Lerik-Lənkəran magistralının 37-ci kilometrliyində Lerik rayonunun Peştətük kəndi ərazisində baş verib. Hazırda əraziyə 52 saylı Lerik yol istismar MMC-nin ağır texnikaları və canlı qüvvəsi cəlb olunub. Yolun qismən açıldığı bildirilir.
Rayon ərazisində axşama doğru hava şəraitinin daha da kəskin dəyişəcəyi bildirilir.
Hazırda yolun tam açılması istiqamətində işlər davam etdirilir.(APA)
Daha çox xəbər:
Nepalda torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb
Hadisə / DünyaLerik-Kəlvəz yolunda qaya UÇDU
HadisəLerik sakini qohumunu güllələyib
Gündəm / HadisəTürkiyədə torpaq sürüşməsində ölən şəxs azərbaycanlıdır
Gündəm / CəmiyyətYollarda vəziyyət belədir - Sürücülərin nəzərinə
Gündəm / Cəmiyyət