Gündəm / Cəmiyyət
01 iyul 2022
16
Türkiyədə torpaq sürüşməsində ölən şəxs azərbaycanlıdır

Türkiyənin Artvin şəhərində baş verən torpaq sürüşməsində həlak olan şəxs azərbaycanlıdır.
Bu barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyasının (ABADA) şöbə müdiri Ruslan Eldaroğlu feysbukda yazıb.
“Hadisə zamanı bir azərbaycanlı sürücü həlak olub. Uçqun nəticəsində Türkiyə vətəndaşı olan daha iki TIR sürücüsü də xəsarət alıb. Vəfat edən sürücümüzün kimliyini müəyyən etmək istiqamətində ABADA tərəfindən işlərə başlanılıb. Allah rəhmət etsin”, - o bildirib.
10:13
Türkiyənin Gürcüstanla sərhədyanı bölgəsində - Artvin şəhərinin Hopa-Kemalpaşa yolunda baş verən torpaq sürüşməsi nəticəsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb.
Bu barədə “CNN Türk” məlumat yayıb.
Qeyd olunub ki, 3 yük maşını qayaların altında qalıb.
09:40
Türkiyənin Artvin şəhərinin Kemalpaşa rayonunda torpaq sürüşməsi olub.
“Report” İHA-ya istinadən xəbər verir ki, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilib.
Məlumata görə, təbii fəlakət bölgəsində olan yük maşınları zərər görüb, yol bağlanıb.

Daha çox xəbər:

Nepalda torpaq sürüşməsi zamanı onlarla insan itkin düşüb
Hadisə / Dünya
PKK Türkiyədə 4 fəhləni öldürdü PKK Türkiyədə 4 fəhləni öldürdü
Dünya
Ukraynadan təxliyə edilmiş azərbaycanlı sürücülərin sayı 19-a çatdı - YENİLƏNİB
Gündəm / Cəmiyyət
ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
Dünya
ABŞ-da sinaqoqda atışma: ölən və yaralananlar var
Hadisə