Hadisə
28 aprel 2019
58
ABŞ-da sinaqoqda atışma: ölən və yaralananlar var

ABŞ-ın San-Diyeqo şəhərində (Kaliforniya ştatı) silahlı şəxs sinaqoqda insanlara atəş açıb.
BEŞ.AZ Trend-ə istinadən bildirir ki, şəhərin meri bildirib ki, silahlı insident nəticəsində 1 nəfər həlak olub, bir neçə nəfər isə yaralanıb.
Sinaqoqda insanlara atəş açan şəxs polislər tərəfindən saxlanılıb.
Ölkə prezidenti Donald Tramp insident nəticəsində həlak olan şəxsin ailəsinə başsağlığı verib.
