Gündəm / Dünya
28 iyun 2024
0
Rəsmi Tehran seçkilərlə bağlı müəmmaya belə cavab verdi
İran Xarici İşlər Nazirliyinin sözçüsü Naser Kənani ABŞ-ni ölkəsində keçirilən prezident seçkiləri ilə bağlı mövqeyinə görə tənqid edib.
ABŞ-nin İran üzrə xüsusi nümayəndəsinin müavini Abram Paley seçkilərin nəticələrinin İran rejiminə təsir etməyəcəyini və seçki şəffaflığının sual altında olduğunu deyib.
Buna cavab olaraq, İran XİN-in sözçüsü Nasir Kənani ABŞ-nin ölkənin daxili işlərinə müdaxilə etdiyini deyib və bu təşəbbüsü pisləyib:
“Bu bəyanatlar mübaliğə və daxili işlərimizə açıq-aşkar müdaxilədir. Biz bunu pisləyirik”.
O əlavə edib ki, İran xalqı bu cür müdaxilə xarakterli bəyanatlara prezident seçkilərində yüksək fəallıq göstərməklə cavab verəcək.

Daha çox xəbər:

İran XİN-dən Qarabağla bağlı AÇIQLAMA
Gündəm / Siyasət
Ayxan Hacızadə iranlı həmkarına CAVAB VERDİ
Gündəm / Siyasət
XİN sözçüsü: İran Azərbaycanla əlaqələri inkişaf etdirməkdə heç bir sərhəd tanımır
Siyasət / Dünya
"Lazım olanı edəcəyik" - İran XİN
Gündəm / Dünya
Çin ABŞ-ın "Sincan sanksiyaları" ilə əlaqədar cavab addımları atacaq
Dünya