Gündəm / Dünya
03 iyul 2024
0
Hindistanda faciə: dini vaiz Baba ilə görüşə gələn 121 nəfər ÖLDÜ
Hindistanın Uttar Pradeş ştatında keçirlən dini toplantıda yaranmış izdiham nəticəsində 121 nəfər ölüb, 28 nəfər yaralanıb.
Bu barədə yerli polis jurnalistlərə bildirib.
Çərşənbə axşamı dini vaiz Bhole Baba ilə görüşə 50 min insanın gəldiyi hadisə yerində kriminoloqlar və məhkəmə ekspertləri işləyir. Hadisənin təşkilatçılarına qarşı iş açılıb. Polis fövqəladə vəziyyətdən sonra yoxa çıxan moizəçinin özünü axtarır. Onun xeyriyyə fondunda və evində axtarış aparılıb.
İzdiham Baba öz tərəfdarlarının toplantısından çıxarkən başlayıb. İnsanlar ehtiram əlaməti olaraq ayaqlarına toxunmaq üçün onun arxasınca qaçıblar. Onların çoxu yerə yıxılıb. Vaizin mühafizəçiləri onun avtomobili uzaqlaşana qədər hadisə yerindən çıxışı bağlayıblar. Bu müddət ərzində yerə yıxılanlar izdihamın ayaqları altında qalaraq əzilib.
Daha çox xəbər:
Dövlət idarəsində DAVA - Bir nəfər "KamAz"ın altında qalaraq öldü
Gündəm / HadisəBaba nəvəsini sobaya atıb, yandırdı
HadisəTürkiyədə mədəndə partlayış: 11 nəfər xilas edildi
DünyaABŞ-da silahlı hücum: 5 ölü, 2 yaralı
Gündəm / DünyaTürkiyədə məsciddən çıxanlara atəş açılıb, 6 nəfər yaralanıb
Gündəm / Dünya