Gündəm / Cəmiyyət
03 iyul 2024
0
YAP-ın seçkilərlə bağlı iclası keçirilir

Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilir.
İclasda Azərbaycan Respublikasının Milli Məclisinə 2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar seçkilərlə əlaqədar Yeni Azərbaycan Partiyasının Tədbirlər Planının təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının Mərkəzi seçki qərargahının yaradılması və onun tərkibinin təsdiq edilməsi, Yeni Azərbaycan Partiyasının səlahiyyətli nümayəndələrinin və maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndəsinin təyin olunması və səsvermə gününədək seçki komissiyalarının iclaslarını müşahidə edəcək şəxslərin təyin edilməsi nəzərdə tutulur.
Qeyd edək ki, Prezident İlham Əliyev altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb.
Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilər 2024-cü il sentyabrın 1-nə təyin edilib.

Daha çox xəbər:

MM buraxıldı: Seçkilərin vaxtı açıqlandı - Təcili
Gündəm / Siyasət
Azərbaycanda növbədənkənar prezident seçkiləri elan edildi
Gündəm / Cəmiyyət
Prezident seçkilərində YAP-ın namizədi İlham Əliyev olacaq
Gündəm / Siyasət
Bu gün YAP iclas keçirəcək - Partiya namizədini rəsmiləşdirəcək
Gündəm / Cəmiyyət
Qeydiyyatdan keçən müşahidəçilərin sayı…
Gündəm / Cəmiyyət