Gündəm / Dünya
03 iyul 2024
1
Fərid Əhmədov daha bir hakimə yüksək vəzifə verdi

Ali Məhkəmənin daha bir hakimi Ədliyyə Nazirliyində yüksək vəzifəyə təyin edilib.
Söhbət Ali Məhkəmənin mülki kollegiyasının hakimi Vidadi Məmmədovdan gedir.
Nazir Fərid Əhmədovun əmri ilə Vidadi Məmmədov nazirliyin İcra xidmətinin rəisi təyin edilib.
Təyinatı ilə bağlı V.Məmmədovun hakimlik fəaliyyətinə xitam verilib.
Vidadi Məmmədov 2022-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikası Ali Məhkəməsinin mülki kollegiyasının hakimi vəzifəsində çalışıb. O, Prezidentin 11 fevral 2023-cü il tarixli Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.
Qeyd edək ki, bu yaxınlarda Ali Məhkəmənin hakimi Abiddin Hüseynov ədliyyə nazirinin müavini təyin edilmişdi.

Daha çox xəbər:

Ali Məhkəmənin hakimi intihar etdi
Gündəm / Hadisə
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin edilib
Gündəm / Siyasət
İnam Kərimov Ali Məhkəmənin hakimi təyin olunur
Cəmiyyət
Bu məhkəmələrə sədr və hakimlər təyin edildi - Sərəncam
Gündəm / Siyasət
Ali Məhkəmə deputat Etibar Əliyevin ittihamlarına cavab verdi
Gündəm / Cəmiyyət