Gündəm / Hadisə
27 aprel 2024
3
Ali Məhkəmənin hakimi intihar etdi
Ali Məhkəmənin Kommersiya Kollegiyasının hakimi İlqar Dadaşov intihar edib.
62 yaşlı hakim yaşadığı evdə özünü asaraq həyatına son qoyub.
O, ağır xəstəlikdən - şəkərli diabetdən əziyyət çəkirmiş. Əldə etdiyimiz məlumata görə, xəstəlik səbəbindən depressiv vəziyyətə düşən hakim intihar edib.
Qeyd edək ki, İlqar Dadaşov 1962-ci ildə anadan olub. O, 1984-1989-cu illərdə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsində təhsil alıb.
1989-1993-cü illərdə Vəkillər Kollegiyasının Neftçala rayon hüquq məsləhətxanası vəkil kimi çalışıb. 1993-2000-ci illərdə Respublika Prokurorluğunda idarə prokuroru olub. 2000-2007-ci illərdə İqtisad Məhkəməsində, 2007-2010-cu illərdə isə Bakı Apellyasiya Məhkəməsində hakim vəzifəsində çalışıb. İ.Dadaşov 2010-cu ildən Ali Məhkəməsinin hakimi idi.
Tanınmış hakim 2023-cü ildə Prezidentin Sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilmişdi.
Daha çox xəbər:
Vaxtsız ölüm hökmü “oxunan” hakimlər - Fotolar
Gündəm / CəmiyyətMüdafiə sənayesi nazirinə yeni müavin TƏYİN OLUNDU - DOSYE
Gündəm / DünyaNaxçıvan Ali Məhkəməsinə hakim təyin ediləcək
Gündəm / Cəmiyyətİntihar edən hakimin icraatında 84 cinayət işi olub
HadisəMəhkəmə-Hüquq Şurasının tərkibi yeni qaydada formalaşdırılacaq
Gündəm / Cəmiyyət