Gündəm / Dünya
15 iyul 2024
0
NATO Ukrayna hava məkanında Rusiya təyyarələrini vurmayacaq

NATO qoşunları birbaşa Ukrayna münaqişəsində, o cümlədən bu ölkənin hava məkanında Rusiya təyyarələrinin və raketlərinin vurulmasında iştirak etməyəcək.
Bunu NATO-nun baş katibi Yens Stoltenberq Ukraynanın “TSN” telekanalında deyib.
“NATO-nun siyasəti dəyişməz olaraq qalır - biz bu münaqişədə iştirak etməyəcəyik. Biz Rusiya təyyarələrinin məhv edilməsində Ukraynanı dəstəkləyəcəyik, lakin NATO bunda birbaşa iştirak etməyəcək”, - Stoltenberq bildirib.
NATO-nun baş katibi onu da vurğulayıb ki, alyans Kiyevə hərbi yardım göstərməyə, o cümlədən ölkənin hava hücumundan müdafiəsini gücləndirməyə davam edəcək.

Daha çox xəbər:

Gürcüstan və Ukrayna NATO-ya üzv olacaq
Gündəm / Dünya
“Ukraynada uzunmüddətli müharibəyə hazırlaşmalıyıq”
Gündəm / Dünya
“Bu Rusiya ilə NATO arasında genişmiqyaslı müharibəyə çevrilə bilər”
Gündəm / Dünya
NATO-nun Ukrayna ilə bağlı iclası keçirilib - YENİLƏNİB
Dünya
Bu gün İlham Əliyev NATO-nun Baş katibi ilə görüşəcək
Gündəm / Siyasət