Gündəm / Hadisə
16 iyul 2024
2
Ramiz Taxveli ölümündən sonra təqsirli bilindi
Bir müddət əvvəl müalicə olunduğu psixiatriya xəstəxanasında vəfat edən “Buta Palace”ın keçmiş art direktoru Ramiz Taxvelinin cinayət işi üzrə uzun illərdir yarımçıq qalan məhkəmə araşdırması başa çatıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu iclasda hökm oxunub.
Hökmə əsasən, R.Taxveli xüsusi amansızlıqla adam öldürməkdə təqsirli bilinib. Ölümü ilə bağlı ona cəza təyin edilməyib.
Qeyd edək ki, Ramiz Taxveli 2018-ci ildə 30 yaşlı arvadı Adelya Taxvelini evinin balkonundan ataraq qəsdən öldürüb.
İş Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılıb. Hökmə əsasən, Taxveli verilmiş ittihamla təqsirli bilinib. Lakin anlaqsız vəziyyətdə olduğuna görə cəzadan azad edilib, psixiatriya xəstəxanasında məcburi müalicəyə cəlb edilib. O, bir neçə ay əvvəl xəstəxanada vəfat edib.
Adelya Taxveli mərhum gənclər və idman naziri Azad Rəhimovun yaxın qohumu olub. Adelyanın anası nazirin xalası qızıdır. Ramiz Taxveli isə Azərbaycanın xalq artisti Gülağa Məmmədovun yeganə qızının oğlu idi.
Daha çox xəbər: