Gündəm / Dünya
20 iyul 2024
0
Birləşmiş Ştatlarda təhlükəli epidemiya aşkarlanıb
ABŞ-də artıq 12 ştatı əhatə edən və iki nəfərin həyatına son qoyan listerioz epidemiyası elan edilib.
Bu barədə ABŞ-ın Xəstəliklərə Nəzarət Mərkəzi məlumat yayıb.
Ölənlərin İllinoys və Nyu Cersi ştatlarında yaşadığı qeyd edilir.
Daha 28 nəfər xəstəxanaya yerləşdirilib. Xəstələrin əksəriyyəti Merilend və Nyu Yorkda müəyyən olunub.
Onların ərzaq mağazalarından alınmış hazır ət və kolbasa məhsullarından zəhərləndiyi bildirilir.
Yoluxucu xəstəlik hamilə qadınlar, 65 yaşdan yuxarı və immuniteti zəif olan insanlar üçün ölümcül ola bilər.
Bundan əvvəl, iyulun 17-də Kanada hökuməti listerioz xəstəliyinin yayılması barədə məlumat vermişdi. İnfeksiyanın iki nəfərin ölümünə səbəb olduğu, daha 9 nəfərin isə xəstəxanaya yerləşdirildiyi bildirilirdi.

Daha çox xəbər:

ABŞ-da kimya zavodunda baş verən partlayış nəticəsində 3 nəfər ölüb
Dünya
ÜST dünyada yayılma riski yüksək olan xəstəlik barədə bəyanat verdi
Dünya
ABŞ-da daha bir azərbaycanlı koronavirusdan dünyasını dəyişdi
Dünya
Masallıda 2 nəfərin ölümünə səbəb olan sürücü tutuldu
Gündəm / Hadisə
ABŞ-da pandemiya qurbanlarının sayı 30 mini keçib - YENİLƏNİB
Gündəm / Siyasət / Cəmiyyət / Dünya / Səhiyyə