Gündəm / Cəmiyyət
22 iyul 2024
0
Mətbuatda yayılan məlumatlar əsasında 4 cinayət işi başlanılıb
Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb.
Bunu Baş prokuror Kamran Əliyev Baş Prokurorluqda onlayn formatda keçirilən geniş kollegiya iclasında bildirib.
Onun sözlərinə görə, bəzi cinayətlərin açılmasında mətbuatın da öz tövhəsi olub
“Cinayətkarlığa qarşı aparılmış mübarizə sahəsində media nümayəndələrinin göstərdiyi cəhdlər, sərf etdikləri əmək xüsusi qeyd olunmalıdır. Müxtəlif hüquqpozmalar barədə mətbuatda yayılan məlumatlar əsasında prokurorluq orqanları tərəfindən 8 araşdırma aparılıb və onlardan 4-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işi, 1-i üzrə isə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati xətalar haqqında iş üzrə icraat başlanıb. Səmərəli və sağlam qarşılıqlı əməkdaşlıq sayəsində əldə olunan nəticələrə və cinayətkarlığa qarşı mübarizədə prokuroruq və digər hüquq-mühafizə orqanlarına daim dəstək olduqları üçün media nümayəndələrinə təşəkkür edir, 22 iyul Milli Mətbuat və Jurnalistika günü münasibətilə təbriklərimizi çatdırır, onlara gələcək fəaliyyətlərində uğurlar arzulayırıq”- dəyə Baş Prokuror qeyd edib.
Daha çox xəbər:
Azərbaycanda polis şöbəsində İNTİHAR
Gündəm / HadisəÖgey ananın azyaşlıları döyməsi haqda cinayət işi açıldı
HadisəBaş Prokurorluq: Daha 6 şəhər və rayonda vəzifəli şəxslər barəsində cinayət işi başlanılıb
Gündəm / SiyasətBaş Prokurorluq XƏBƏRDARLIQ ETDİ
Cəmiyyət / GündəmMilli Məclisin komitə iclasında Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklərlə bağlı ictimai müzakirələr keçirilib
Siyasət