Gündəm / İdman
25 iyul 2024
0
Paris-2024: Azərbaycanın ilk təmsilçisi bu gün mübarizəyə başlayır
Azərbaycanın ilk təmsilçisi Paris-2024 Yay Olimpiya Oyunlarında bu gün mübarizəyə başlayacaq.
Kamandan oxatma növündə Yaylagül Ramazanova gücünü sınayacaq.
O, 64 idmançının qatılacağı sıralama turuna 30-cu cütdə başlayacaq. Y.Ramazanova Türkiyə təmsilçisi Elif Berra Gokkirlə paralel çıxış edəcək. Bu raund Bakı vaxtı ilə saat 11:30-da start götürəcək.
Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək. Paris-2024-ə avqustun 11-də yekun vurulacaq.

Daha çox xəbər:

Tokio-2020: Azərbaycanın ilk paralimpiyaçısı mübarizəyə başlayır
İdman
Paris Olimpiadası bu gün başlayır
Gündəm / İdman
Azərbaycanın 3x3 basketbol millisi Olimpiya Təsnifat turnirində ilk oyununa çıxır
İdman / Gündəm
Dünya çempionatı: Azərbaycanın daha bir cüdoçusu mübarizəyə başlayır
İdman / Gündəm
Avropa Olimpiya Təsnifat turniri: Azərbaycanın daha bir güləşçisi qələbə qazanıb
Gündəm / İdman