Gündəm / Dünya
02 avqust 2024
0
Fransalı nazir: Olimpiya Oyunları başlayandan bəri Parisdə 200 nəfər saxlanılıb

Olimpiya Oyunları başlayandan bəri hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən Paris və ətraf ərazilərdə 200 nəfər saxlanılıb.
Bunu ölkənin daxili işlər naziri Cerald Darmanin deyib.
“200 nəfər saxlanılıb, onlardan 180 nəfəri nəzarətə götürülüb”, - o bildirib.
DİN başçısının sözlərinə görə, oyunların ilk həftəsi ərzində cinayətkarlığın səviyyəsində xeyli azalma qeydə alınıb. Zor tətbiq etməklə quldurluq hadisələrinin sayı 24 faiz, avtomobil oğurluğu halları isə 10 faiz azalıb.
O, cinayətlərin sayının azalmasını Olimpiada zamanı asayişin təmin olunmasına çox sayda polis əməkdaşının cəlb edilməsi ilə əlaqələndirib.

Daha çox xəbər:

İranda etirazlar zamanı 448 nəfər öldürülüb
Gündəm / Dünya
Yoluxanların sayı 200-ü keçdi
Gündəm / Cəmiyyət
Cinayət törətməkdə şübhəli bilinən 43 nəfər saxlanılıb
Hadisə
Cinayət törətməkdə şübhəli bilinən 27 nəfər saxlanılıb
Gündəm / Hadisə
Belqradda iğtişaşlar zamanı polislər yaralanıb, 35 nəfər saxlanılıb
Dünya